SON DƏQİQƏ

Ramil Səfərovun kəndi də işğaldan azad edildi

Tarix:

6-10-2020, 08:36

/ 4 325 dəfə oxundu.
Ramil Səfərovun kəndi də işğaldan azad edildi

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin işğalda olan bəzi ərazilərimizin azad olunması ilə bağlı verdiyi xəbər sevinclə qarşılanır. Bu bölgələrdən olan vətəndaşlar kəndlərinin işğaldan olunmasından sonra artıq məcburi köçkün statusu daşımadıqları barədə sosial şəbəkədə paylaşım edirlər.

GunAz.az xəbər verir ki, azad olunan kəndlər arasında Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun doğulduğu Şükürbəyli kəndi də var.

Qeyd edək ki, polkovnik-leytenant Ramil Səfərov 1977-ci ildə Cəbrayılın Şükürbəyli kəndində anadan olub.

Xatırladaq ki, Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndlərinin işğaldan azad edildiyini dünən elan edib.Publika


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ