SON DƏQİQƏ

İran sakinləri Azərbaycanı DƏSTƏKLƏDİ

Tarix:

5-10-2020, 09:06

/ 7 211 dəfə oxundu.
İran sakinləri Azərbaycanı DƏSTƏKLƏDİ

İranın şəhərlərində Dağlıq Qarabağ üzərindəki silahlı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar mitinqlərdə etirazçılar bildiriblər ki, Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidir.
Mitinqlərin əsas hissəsi İranın şimal-qərbindəki Təbrizdə və bir sıra digər şəhərlərdə keçirilib. Sakinlər İran hakimiyyətini Qarabağ münaqişəsi ilə bağlı daha qəti mövqe tutması üçün oxşar çıxışlar ediblər.
Nümayişçilər Azərbaycan ordusunun dövlətinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində fəaliyyət göstərdiyindən Tehranın erməni tərəfinə hər cür dəstəyi rədd etməsini və Bakını dəstəkləmələriniı tələb ediblər.
İranın azərbaycanlıların yaşadığı dörd bölgədəki ruhanilər fəalların tələblərini dəstəkləyiblər. İran lideri Ayətullah Əli Xameneinin bu vilayətlərdəki nümayəndələri TV-də çıxış edərək "Qarabağın Azərbaycana məxsus olduğuna şübhə olmadığını” təsdiqləyblər.
Ruhani liderlər qeyd ediblər ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək istədiyi üçün siyasi baxımdan,  İran Höküməti Bakının hərəkətlərini tamamilə qanuni olduğunu və İranın beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ