SON DƏQİQƏ
» » İran və Azərbaycanı heç vaxt bir-birindən ayırmaq olmaz

İran və Azərbaycanı heç vaxt bir-birindən ayırmaq olmaz

Tarix:

18-05-2020, 17:22

/ 3 715 dəfə oxundu.
İran və Azərbaycanı heç vaxt bir-birindən ayırmaq olmaz


İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli Azərbaycanda müxalif qüvvələrin mediada İranın əleyhinə bəzi xoşa gəlməyən yazılarına fikir bildirərkən bildirmişdir:

"İran və Azərbaycanı heç vaxt bir-birindən ayırmaq olmaz. İran və Azərbaycan xalqı iki dövlətdə olan bir millətdir.

Bizim keçmiş tariximiz, mədəniyyətimiz, dinimiz, dilimiz, ləhcəmiz, əcdadlarımız, qəbilələrimiz, incəsənət xadimlərimiz, şairlərimiz, fəqihlərimiz, təqlid mərcələrimiz, qəhrəmanlarımız və qəhərmanlıq dastanlarımız bütün bunlar birdir. Onların izzət və başucalığı bizim izzətimizdir. Onların dərd və sıxıntısı bizim dərdimiz və sıxıntımızdır, Qarabağın işğalı bizim qəlbimizdə böyük bir qüssədir. Qarabağın işğalını öz torpaqlarımızın işğalı kimi hiss edirik".

Daha sonra Seyyid Həsən Amuli demişdir:

"Azərbaycan müxalifəti bu günlərdə mediada İran əleyhinə səs-küy yaratmışdır. Zəhmət olmasa bunu da yazsınlar ki, ABŞ-ın artıq onuncu ştatı qondarma "Qarabağ respublikası”nı rəsmən tanıyıb və senatın rəhbəri artıq bu sənədi imzalayıb. Yazsınlar ki, qondarma republikanın bütün büdcəsi ABŞ tərəfindən təmin olunur. Yazsınlar ki, ABŞ oraya getmək üçün viza rəsmiləşdirir. Yazsınlar ki, birləşmiş ştatlar BMT TŞ-nın Qarabağ barəsində qəbul etdiyi qətnamələrin icrasına mane olur.

Azərbaycan xalqı diqqətli olmalı və bilməlidir ki, nə üçün bu gün Azərbaycanın İran əleyhinə ssneraristləri Amerikanın Qarabağ barəsindəki cinayətlərindən bir kəlmə də danışmır və yazmırlar? Nə üçün Qarabağın işğal olunmasının əsas səbəbkarının ABŞ oldğunu yazmırlar".


скачать dle 12.1

Şərhlər