
Azərbaycanın işğal altında saxlanılan Qarabağ bölgəsində yaşayan erməni icması arasında koronavirusa yoluxmada artım müşahidə olunur.
GunAz.az erməni mediasına istinadla xəbər verir ki, son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb.
Koronavirusun əsasən Xankəndi və Əsgəranda yayıldığı bildirilir.
İndiyə qədər bölgədə 333 nəfərdə koronavirus aşkarlanıb. Hazırda 77 erməni izolyasiyada, 44 nəfər isə xəstəxanadadır.
Qeyd edək ki, Qarabağ bölgəsində gün ərzində aparılan test sayı 30-u keçmir. Buna görə də real rəqəmlər bəlli deyil.