Son illər ali məktəblərdəAzərbaycan tarixi
və Türk xalqlarının tarixi fənlərinin tədris
saatlarınınazaldılmasıhəmin fənləri gənclərimizə öyrədən ziyalılar
arasında ciddi narahatlıq doğurmaqdadır. Azərbaycan və Türk xalqlarının tarixinə
belə yanaşmanın Ermənistanın Vətənimizin ayrı-ayrı ərazilərini işğal etməyə,dövlət
müstəqilliyimizə son qoymağa cəhd etdiyi,əgər bunlar mümkün olmasa, Azərbaycanı
əhəmiyyətli şəkildə zəiflətməyə çalışdığı bir vaxtda baş verməsi cəmiyyətdə
narahatlıq doğurmaya bilməz...
Belə niyyətin həyata keçirilməsinin məkrli
yollarından biri də xalqın, onun gəncliyinin öz tarixi keçmişindən, qan
yaddaşından, soykökündən, genefondundan xəbərsiz, milli-mənəvi dəyərlərindən
uzaq manqurt, hər qəlibə uyan bir toplum kimi böyüməsinə nail olmaqdır.
Təəssüf ki,son illərdə bu ideoloji istiqamətdə
"görünməz düşmənin" getdikcə artanhücumlarının şahidi
olmaqdayıq.Həmin hücum çox istiqamətliliyi ilə diqqəti cəlb edir.Bəzi
şəxslərin xalqımızın taleyində əhəmiyyətli rol oynayan ayrı-ayrı siyasi xadimlərin
"gözlərində tük axtarması, onların yaratdıqları dövlətin xarakter və
mahiyyətini şübhə altına alan fikirlər yayması dabelə istiqamətlərdəndir.
Son illər milli ideologiya sahəsində "qloballaşma” donuna bürünənlərin
şiddətli hücumu Azərbaycan tarixinin və Türk xalqları tarixinin tədrisi sahəsinə
diqqəti daha da artırmışdır. Bu ilin təxminən may-iyun aylarında ali məktəblərin
bir qrup "mütəxəssisindən” ibarət ekspert komissiyasının hazırladıqları
layihədə adları çəkilən fənlərin siyasi və strateji əhəmiyyəti nəzərə alınmamış
və bu fənlərin tədrisinə ayrılmış saatların yenidən kəskin şəkildə
azaldılmasına cəhd edilmişdir. Onların hazırladıqları layihə minlərlə ziyalını
deyil, hətta Təhsil Nazirliyini və bir çox ali məktəb rəhbərlərini də rahatsız
etmişdir.
Maraqlıdır,görəsən
xalqımızamilli şüur, məğrurluq əxlaqı aşılayan, onlara tarixi keçmişlərindən
xəbər verən bu fənlərin tədrisi ekspert komissiyasının üzvlərini niyə narahat
etmişdir?.. Bu layihəni hazırlayan «ekspertlər» nə üçün susur,ictimaiyyəti
narahat edən bu məsələlər barədə izahat vermirlər?..
50
milyonluq Azərbaycan türkünün, 200 milyondan artıq türk xalqlarının tarixinin tədrisinin
əhəmiyyətini fikirləşmədən "layihə” hazırlayan bu «ekspertlər» görəsən
kimlərə və hara xidmət edirlər - deyə, hesab edirik ki,Təhsil
Nazirliyinin müvafiq qurumları tezliklə ekspert komissiyasından izahat alacaq və
bu çox vacib ümummilli məsələyə aydınlıq gətirəcəklər. Ekspert komissiyasının
hazırladığı layihədən rahatsız olan ziyalılar, onlardan alınacaq izahatın mətbuatda
işıqlandırılacağını gözləyirlər.
"Azərbaycan tarixi sevərlər” cəmiyyəti
скачать dle 12.1