SON DƏQİQƏ
» » Ziyalılar narahatdır: Azərbaycanda Türk tarixinin "görünməz düşmənləri"

Ziyalılar narahatdır: Azərbaycanda Türk tarixinin "görünməz düşmənləri"

Tarix:

2-09-2020, 20:39

/ 2 681 dəfə oxundu.
Ziyalılar narahatdır: Azərbaycanda Türk tarixinin "görünməz düşmənləri"



Son illər ali məktəblərdəAzərbaycan tarixi və Türk xalqlarının tarixi fənlərinin tədris saatlarınınazaldılmasıhəmin fənləri gənclərimizə öyrədən ziyalılar arasında ciddi narahatlıq doğurmaqdadır. Azərbaycan və Türk xalqlarının tarixinə belə yanaşmanın Ermənistanın Vətənimizin ayrı-ayrı ərazilərini işğal etməyə,dövlət müstəqilliyimizə son qoymağa cəhd etdiyi,əgər bunlar mümkün olmasa, Azərbaycanı əhəmiyyətli şəkildə zəiflətməyə çalışdığı bir vaxtda baş verməsi cəmiyyətdə narahatlıq doğurmaya bilməz...
Belə niyyətin həyata keçirilməsinin məkrli yollarından biri də xalqın, onun gəncliyinin öz tarixi keçmişindən, qan yaddaşından, soykökündən, genefondundan xəbərsiz, milli-mənəvi dəyərlərindən uzaq manqurt, hər qəlibə uyan bir toplum kimi böyüməsinə nail olmaqdır.
Təəssüf ki,son illərdə bu ideoloji istiqamətdə "görünməz düşmənin" getdikcə artanhücumlarının şahidi olmaqdayıq.Həmin hücum çox istiqamətliliyi ilə diqqəti cəlb edir.Bəzi şəxslərin xalqımızın taleyində əhəmiyyətli rol oynayan ayrı-ayrı siyasi xadimlərin "gözlərində tük axtarması, onların yaratdıqları dövlətin xarakter və mahiyyətini şübhə altına alan fikirlər yayması dabelə istiqamətlərdəndir. Son illər milli ideologiya sahəsində "qloballaşma” donuna bürünənlərin şiddətli hücumu Azərbaycan tarixinin və Türk xalqları tarixinin tədrisi sahəsinə diqqəti daha da artırmışdır. Bu ilin təxminən may-iyun aylarında ali məktəblərin bir qrup "mütəxəssisindən” ibarət ekspert komissiyasının hazırladıqları layihədə adları çəkilən fənlərin siyasi və strateji əhəmiyyəti nəzərə alınmamış və bu fənlərin tədrisinə ayrılmış saatların yenidən kəskin şəkildə azaldılmasına cəhd edilmişdir. Onların hazırladıqları layihə minlərlə ziyalını deyil, hətta Təhsil Nazirliyini və bir çox ali məktəb rəhbərlərini də rahatsız etmişdir.

Maraqlıdır,görəsən xalqımızamilli şüur, məğrurluq əxlaqı aşılayan, onlara tarixi keçmişlərindən xəbər verən bu fənlərin tədrisi ekspert komissiyasının üzvlərini niyə narahat etmişdir?.. Bu layihəni hazırlayan «ekspertlər» nə üçün susur,ictimaiyyəti narahat edən bu məsələlər barədə izahat vermirlər?..

50 milyonluq Azərbaycan türkünün, 200 milyondan artıq türk xalqlarının tarixinin tədrisinin əhəmiyyətini fikirləşmədən "layihə” hazırlayan bu «ekspertlər» görəsən kimlərə və hara xidmət edirlər - deyə, hesab edirik ki,Təhsil Nazirliyinin müvafiq qurumları tezliklə ekspert komissiyasından izahat alacaq və bu çox vacib ümummilli məsələyə aydınlıq gətirəcəklər. Ekspert komissiyasının hazırladığı layihədən rahatsız olan ziyalılar, onlardan alınacaq izahatın mətbuatda işıqlandırılacağını gözləyirlər.

 

"Azərbaycan tarixi sevərlər” cəmiyyəti


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ