SON DƏQİQƏ
» » Yalnız bu halda normal həyata qayıda bilərik - Sədr

Yalnız bu halda normal həyata qayıda bilərik - Sədr

Tarix:

29-08-2020, 11:39

/ 4 689 dəfə oxundu.
Yalnız bu halda normal həyata qayıda bilərik - Sədr

Pandemiya bütün dünyada davam etməkdədir və dünya ölkələrini nəzərə aldıqda son statistika ürəkaçan deyil.

Bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib. Onun sözlərinə görə, Azərbaycandakı hazırkı statistika ürəkaçan qiymətləndirilir:

"Sərt karantin rejiminin yumşaldılması mərhələli şəkildə həyata keçirilir. Bunun birdən yumşaldılması yoluxma sayının artıra bilər. Xalqımızın epidemiya ilə mübarizədə iştirakı burada xüsusi rol oynayır. Sıxlıq, təmas artdıqca, qorunmanı artırmalıyıq. Yalnız bu halda normal həyata qayıda bilərik.

Qarşıdan payız mövsümündə respirator xəstəliklərin artması gözlənilir. Lakin COVID-19-dan qorunma tədbirlərinə riayət etməklə digər xəstəliklərdən də qorunmaq mümkündür. Qeyd edim ki, yaxın bir neçə ay ərzində ölkəyə qrip əleyhinə vaksinlər gətiriləcəkdir. Bu vaksinlər mövsümü qripi məhdudlaşdırmağa kömək edəcəkdir".



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ