SON DƏQİQƏ
» » Övladınızı bu halda məktəbə göndərməyin! - Nazir

Övladınızı bu halda məktəbə göndərməyin! - Nazir

Tarix:

27-08-2020, 17:41

/ 5 051 dəfə oxundu.
Övladınızı bu halda məktəbə göndərməyin! - Nazir

Həm məktəb daxilində, həm də digər ərazilərdə qaydalara riayət olunması vacibdir.

Bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, "Məktəblinin dostu" layihəsi pandemiya dövründə məktəblərlə əməkdaşlıq edəcək:

"Belə ki, onlar məktəb daxilində şagirdlərin temperaturunu ölçəcək. Simptomları olan şəxslərin, onlarla təmasda olanların müəyyənləşdirilməsinə "Məktəblinin dostu" kömək edəcək.

Əgər hansısa uşağı qızdırması varsa, valideynlərə həmin övladlarını məktəbə göndərməməyi tövsiyə edirik".

O qeyd edib ki, paralel olaraq distant təhsil davam etdiyi üçün, övladını məktəbə göndərib-göndərməmək seçimi birbaşa valideyndən asılıdır:

"Aparılan sorğular zamanı gördük ki, bəzi valideynlər məktəbləri təhlükəli hesab etsə də, bəziləri məktəblərin açılmasını istədilər. Bu səbəbdən valideyn fənlərdən asılı olaraq övladının dərslərə onlayn qaydada qoşulmasını seçə biləcək".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ