SON DƏQİQƏ
» » 5-11-ci siniflər üçün məktəb nə vaxt açılır? - Rəsmi

5-11-ci siniflər üçün məktəb nə vaxt açılır? - Rəsmi

Tarix:

27-08-2020, 17:23

/ 5 333 dəfə oxundu.
5-11-ci siniflər üçün məktəb nə vaxt açılır? - Rəsmi

5-11-ci siniflərdə dərslərin keçirilməsi onlayn şəkildə həyata keçiriləcək.

Bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ən azı mart ayına qədər teledərslər və virtual məktəb layihəsi həyata keçiriləcək.

"Lakin bu siniflərin mərhələli şəkildə təhsilə başlamasını planlaşdırırıq. Əgər epidemioloji vəziyyət imkan verəcəksə, 1,3 milyon şagird uyğunlaşdırılmış proqramlarla mətləbə qaytarmağı planlaşdırırıq".

O qeyd edib ki, əgər vəziyyət imkan verərsə, 10-11-ci siniflərin 1 oktyabrdan ənənəvi dərslərə başlaması planlaşdırılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ