SON DƏQİQƏ
» » Biləsuvarın yeni İcra başçısı İTV-nin aparat rəhbəri olub

Biləsuvarın yeni İcra başçısı İTV-nin aparat rəhbəri olub

Tarix:

24-08-2020, 14:26

/ 5 014 dəfə oxundu.
Biləsuvarın yeni İcra başçısı İTV-nin aparat rəhbəri olub

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Faiq Akif oğlu Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bakıda anadan olan Faiq Qürbətov Bakı Dövlət Universitetində ali təhsil alıb. Bir neçə il əvvəl Gənclər Fondunda Aparat rəhbəri vəzifəsində çalışan F.Qürbətov 2018-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Aparat rəhbəri vəzifəsində işləyib.

Gənclərlə işləməyi sevən Faiq Qürbətovun kreativ ideyalara sahib olduğu, boş vaxtlarında mütaliəni və partilərdə rəqs etməyi sevdiyi bildirilir.


скачать dle 12.1

Şərhlər