SON DƏQİQƏ
» » Danışıqlar gedir, Azərbaycan bu peyvəndi ala bilər - Rəsmi

Danışıqlar gedir, Azərbaycan bu peyvəndi ala bilər - Rəsmi

Tarix:

15-08-2020, 19:05

/ 4 578 dəfə oxundu.
Danışıqlar gedir, Azərbaycan bu peyvəndi ala bilər - Rəsmi

Biz yumşalmara getdiyimiz zaman rəqəmlərdə qismən artım olacağını gözləyirik.

Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Lakin qaydalara riayət etsək bu tendensiyanı əldə saxlaya bilərik. Bu gün ölkə üzrə 14 faiz çarpayı fondununda doluluq müşahidə olunur. Rəqəmlərdə artma müşahidə olunsa da çalışmalıyıq ki, bu nəzarət olunacaq səviyyədə olsun".

O əlavə edib ki, iki həftədir ki, ölkədə İtaliyadan və Çindən gələn işçi qrupları fəaliyyət göstərir: "Biz onlarla rayonlara səfər edib, xəstəxanlardakı vəziyəti müzakirə etmişik. Eyni zamanda onların iştirakı ilə onlayn təlimlər təşkil olunur ki, regionlardakı xəstəxanalarımız da burada iştirak edir".

Yaqut Qarayeva bildirib ki, peyvəndin aparılması üzərində ciddi iş gedir: "Hazırda payız dövründə qrip xəstəliyinə qarşı peyvəndin aparılması üzrə iş gedir. Eyni zamanda isə Koronavirusa qarşı peyvəndin əlavə olunması istiqamətində danışıqlara başlanıb. Ölkəmiz danışıqlarda iştirak edib və ən tez zamanda ölkəmizə peyvəndin gətirilməsi üzərində işlər aparılır".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ