SON DƏQİQƏ
» » Çindən gələn həkimlər Klinik Xəstəxanada - Foto

Çindən gələn həkimlər Klinik Xəstəxanada - Foto

Tarix:

11-08-2020, 12:06

/ 3 753 dəfə oxundu.
Çindən gələn həkimlər Klinik Xəstəxanada - Foto

Çindən Azərbaycana gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılan şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar.

Eyni zamanda TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəyə göndərib.

скачать dle 12.1

Şərhlər