SON DƏQİQƏ
» » Tovuza dəyən zərər tezliklə aradan qaldırılacaq - ŞƏRH

Tovuza dəyən zərər tezliklə aradan qaldırılacaq - ŞƏRH

Tarix:

21-07-2020, 19:10

/ 5 088 dəfə oxundu.
Tovuza dəyən zərər tezliklə aradan qaldırılacaq - ŞƏRH

"Tovuz təxribatı zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamı dövlətin hər zaman öz vətəndaşının yanında olduğunun göstəricisi hesab edirəm”.

Bunu açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, son illər belə sərəncamlar Aprel döyüşləri, Kür çayının məcrasından çıxması və zəlzələdən zərər çəkmiş insanların evlərinin bərpası məqsədilə də imzalanıb: "Əsas ziyan Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. Burada dağılan evlər bərpa olunacaq. Bundan əlavə Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısının tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Bununla bərabər Tovuz təxribatı zamanı həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb. Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Prezidentin sayəsində Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq”.

Deputat qeyd edib ki, cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır: "Bütün bu işlər davamlı şəkildə aparılacaq. İlham Əliyev prezident seçiləndə demişdi ki, mən hər bir vətəndaşımın prezidenti olacağam. Hardasa bir vətəndaşımızın evi erməni təxribatından və ya təbii fəlakətdən zərər çəkirsə cənab Prezident dərhal o vətəndaşın yanında olur. Təbi ki, dövlətin atdığı belə addımlar xalqla iqtidar birliyini gücləndirir. Xalq-iqtidar birliyinin möhkəmlənməsi müstəqilliyimizi əbədi edir, dövlətimizi gücləndirir və gələcəkdə torpaqlarımız işğaldan azad ediləndə orada da insanlarımız qayıdaraq öz həyat-şəraitinin yenidən qurulmasına yol açır”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ