
Dərmanlar ehtiyac olunduğu halda alınır.
GunAz.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"ÜST protokollarına uyğun olaraq dərmanlar alınır. Bundan sonra xəstəxanalara dərmanlar gətirilir".
O qeyd edib ki, yalnız hərarət ölçməklə koronavirus xəstələrini müəyyən etmək mümkün deyil.
Nadir Zeynalov əlavə edib ki, postlarda vətəndaşların hərarətinin ölçülməsi vaxt itkisinə səbəb ola bilər:
"Bu növbələrin uzanmasına səbəb ola bilər. Lakin marketlərin, idarələrin girişlərində insanların hərarəti ölçülür. Bu çox təqdirəlayiq haldır".