SON DƏQİQƏ
» » Niyə məhz Tovuz?- Hərbçidən açıqlama ( MÜSAHİBƏ)

Niyə məhz Tovuz?- Hərbçidən açıqlama ( MÜSAHİBƏ)

Tarix:

17-07-2020, 13:18

/ 4 384 dəfə oxundu.
Niyə məhz Tovuz?- Hərbçidən açıqlama ( MÜSAHİBƏ)

Hamımız dövlətimizin əsgəriyik”...    - - 

-Salam,Zülfüqar müəllim! Bu gün Sizinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışmaq istərdik. Sizin hərbçi olduğunuzu, keçmiş döyüşçü olduğunuzu bilirik. Ona görə də hesab edirəm ki, maraqlı söhbətimiz alınar.
Xoş gördük. Çalışaram maraqlı alınsı. Amma,mənə keçmiş döyüşçü deməyin. Keçmiş döyüşçü, keçmiş zabit olmur. Men hər zaman dövlətimin əsgəriyəm. 
- Sərhəddəki vəziyyəti necə qiymətləndirirsiniz ? 
Bildiyim qədər vəziyyət gərgin  olaraq qalır. Mütəmadi olaraq Tovuzdakı döyüşçü qardaşlarımızla əlaqədəyəm. Tam açıq danışa bilməsək də, müəyyən informasiya ala bilirəm. Çox təəssüf ki, itkilərimiz var. Döyüşən Generalımızı, bir neçə zabit və əsgərimizi itirmişik. Təsəllimiz odur ki, qarşı tərəf daha çox itki verib. Ordumuzun zərbələri daha sarsıdıcı, daha güclü olub. 
- Niyə məhz Tovuz?
 Bu ermənilərin hiyləsidir. Onlar hərbi əməliyyatları bilərəkdən Qarabağdan kənara, Azərbaycan-Ermənistan sərhədinə daşımaq istəyirlər. Ermənilər hiyləgərcəsinə, öz xislətlərinə uyğun davranırlar. Onlar Tovuzun dağlıq ərazisini öz məkrli niyyətləri üçün əlverişli sayırlar. Qarabağda Azərbaycan ordusuyla açıq müharibə aparmaq çətindir. Sərhəddə isə öz ərazilərindən artilleriya zərbələri endirməklə aranı qarışdırmaq, sərhədyanı kəndlərimizdəki əhalini qorxutmaq, təsərrüfatlara ziyan vurmaqdır məqsədləri. Bilirlər ki, Azərbaycan ordusu ilk öncə müdafiə mövqeyində duracaq. Çünki,beynəlxalq aləm iki ölkə arasında müharibənin başlamasına qarşı çıxa bilər. Bundan əlavə, ermənilər hesab edir ki, üzv olduqları KTMT ölkələri bəd ayaqda onlara kömək olacaq. Qarabağda isə tam fərqli situasiyadır. Amma, fikirləşmirlər ki, Azərbaycanın siyasi rəhbərliyi, Prezidenti, xalqı artıq erməni oyunlarından, məkrli planlardan bezib. Ölkə başçımız açıq bəyan edir ki, biz ermənilərlə imitasiya naminə danışıqlar aparmaq fikrində deyilik. Ordumuz nəinki Qarabağda, Ermənistanın içərisində hərbi əməliyyatlar aparmaq gücündədir.
 - Demək istəyirsiniz ki, hiylə işlədirlər... 
Təkcə hiylə yox,ortada konkret məkrli plan var. Ordumuzu hücuma keçərək sərhədi aşmağa sövq eləmək, MDB çərçivəsindəki KTMT ölkələrini, əsasən Rusiyanı bölgəyə cəlb etmək, Azərbaycanı dünyada təcavüzkar ölkə kimi tanıtmaq və bununlada Qarabağ danışıqlarında üstünlük qazanmaq üçün beynəlxalq aləmi öz tərəflərinə çəkmək. Ən dəhşətlisi isə odur ki, həyasızcasına dini faktordan istifadə edərək, bölgədə müsəlman-xristian qarşıdurması yaratmaq... Bax budur plan! 
- Maraqlıdır və dəhşətlidir... Necə düşünürsünüz, hadisələr necə davam edəcək? 
Üzr istəyirəm, dediklərim öz şəxsi fikirlərim, mülahizələrim və müşahidələrimdir. Mən siyasətçi deyiləm, hərbiçiyəm. Bir hərbçi kimi də deyə bilərəm ki, bütün dünya erməniləri birləşsə də ordumuzun qarşısında dura bilməyəcək. Tam səmimi deyirəm, güclü ordumuz, möhkəm iradəli Ali Baş Komandanımız, vətənpərvər ruhlu xalqımız var. Döyüş ruhu ölməyən döyüşçülərimiz var. Nə qədər ki, Azərbaycan var, bizlər varıq, heç bir erməni əsgərinin ayağı bundan sonra Azərbaycan torpağına dəyməyəcək, torpaqlarımız gec-tez işğaldan azad olunacaq.
- Çox sağ olun, Zülfüqar müəllim. 
Siz sağ olun ki, yada salırsınız. Fürsətdən istifadə edib Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Şəhid olmuş qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.
 - Sonuncu sualımıza da cavab verməyinizi xahiş edirəm. Siz bir təşkilat olaraq əhalinin içindəsiniz, gənclərlə görüşləriniz olur. Necədir əhval-ruhiyyə? 
Mən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədriyəm. Pandemiya dövründə görüşlər, tədbirlər keçirə bilməsək də, təbii ki, ictimaiyyət arasındayıq, əhaliylə sıx təmasdayıq. Sosial şəbəkələr vasitəsilə, KİV-lə çalışırıq ki, sözümüzü çatdıraq. Son günlərdəki hadisələr bir daha göstərdi ki, xalqımızın əzmi, ruhu yüksəkdir. Hətta çox yüksəkdir. "Qarabağ” şüarıyla keçirilən yürüş-mitinqi yəqin ki, siz də gördünüz. Təəssüf ki, bəzi qüvvələr o yürüşdən sui-istifadə etmək istədilər. Biabırçı hərəkətlər oldu. Nə yaxşı ki,az sayda insan provakasiyaya getdi və qarşısı tez alındı. Biz təşkilat olaraq, belə hərəkətləri qətiyyətlə pisləyirik. Bir vacib məsələni də qeyd etmək istəyirəm. Son günlər sosial şəbəkələrdə, facebook, instagram və whatsappda çox təhlükəli bir məqama rast gəlinir. Qəsəbə-qəsəbə paylaşılır ki,məsələn Maştağada, Mərdəkanda şəhid olan var. Bu çox axmaq bir məsələdir. Təsəvvür edirsiz həmin qəsəbələrdə əsgər anaları hansı hissləri keçirir?  Əsassız informasiyadır bu. Allah eləməmiş Şəhidimiz olarsa hamımız bilirik, rəsmi xəbər verilir. Hansı vicdansızın, şərəfsizin işidir belə xəbərləri yaymaq? Nədir məqsəd? Bildiyim qədər artıq hüquq-mühafizə orqanları, əsasən DTX bu məsələylə məşğuldur və o qurumun peşəkarlığına inanıb hesab edirəm ki, bu əməli törədənlər tutulub cəzalanacaqlar. Bu həssas bir dönəmdə hamılıqla bir olmalıyıq,düşmənimizi dostumuzu tanımalıyıq,dövlətimizin yanında yumruq kimi birləşməliyik. Siyasi baxışından,dinindən, dilindən, mövqeyindən asılı olmayaraq hamımız Azerbaycanlı olmalıyıq!!! Təşəkkür edirəm Sizə!


Fəridə Qafarqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ