SON DƏQİQƏ
» » Ermənilər Tovuzda 4 kəndi artilleriyalardan atəşə tutdu

Ermənilər Tovuzda 4 kəndi artilleriyalardan atəşə tutdu

Tarix:

16-07-2020, 09:21

/ 3 185 dəfə oxundu.
Ermənilər Tovuzda 4 kəndi artilleriyalardan atəşə tutdu

Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində vəziyyət yenidən gərginləşib.

Bu barədə hazırda hadisə yerində olan millət vəkili Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, gecə saat 04 radələrindən Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun kəndlərini ağır artilleriyalarla atəşə tutub: "Ermənilər rayonun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacalı kəndlərini atəşə tutmaqda davam edir. Dondar Quşçu kəndinin ərazisinə 20-dək top mərmisi düşüb. Mərminin ikisi dinc əhalinin yaşadığı əraziyə düşüb. Top mərmilərindən biri vətəndaşın həyətinə, digəri isə digər həyətyanı sahədə köməkçi tikilini dağıdıb. Vətəndaşlar arasında heç bir panika yoxdur, vəziyyət gərgin olaraq qalır.

Ermənilər əsasən Ağdam kəndini intensiv atəşə tutub. Mülki əhali arasında itki yoxdur. Azərbaycan Ordusunun bölmələri vəziyyətə nəzarət edir". (trend)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ