SON DƏQİQƏ
» » Ermənilər Tovuzda jurnalistlərin və deputatların olduğu ərazini atəşə tutdu

Ermənilər Tovuzda jurnalistlərin və deputatların olduğu ərazini atəşə tutdu

Tarix:

15-07-2020, 17:39

/ 5 527 dəfə oxundu.
Ermənilər Tovuzda jurnalistlərin və deputatların olduğu ərazini atəşə tutdu

Ermənistan Silahlı Qüvvələri dinc vətəndaşları hədəf almaqda davam edir.

Erməni silahlı bölmələri növbəti dəfə Tovuzun Dondar Quşçu kəndini atəşə tutub. Atəşə kənd sakinləri ilə bərabər, orada olan media nümayəndələri və bölgənin millət vəkilləri Arzu Nağıyev, Qənirə Paşayeva, eləcə də onların köməkçiləri də şahid olub.

Qeyd edək ki, dünən Qənirə Paşayevə erməni silahlı qüvvələrinin atəşlərinin təsirindən bir anlıq müvazinətini itirərək yıxılıb və qolunu zədələyib.

Ərazidə olan vətəndaşlar, jurnalistlər və deputatlardan heç kimin ciddi xəsarət almadığı bildirilir. (trend)


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ