SON DƏQİQƏ

Ramin Bayramlı istefa verib? - Rəsmi açıqlama

Tarix:

30-06-2020, 18:50

/ 5 099 dəfə oxundu.
Ramin Bayramlı istefa verib? - Rəsmi açıqlama

Sərt karantin rejimi öz nəticəsini verir.

Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Bir xəstə 2 nəfərə, 2 nəfər 4 nəfərə davam etməklə insanları yoluxdurur. Hazırda yoluxmaların sayı stabilləşib. Hazırda ola biləcək ikiqat artımı müşahidə etmirik".

O bildirib ki, bu gün heç bir tibb müəssisəsindən kənarda xəstələrin müalicəsi həyata keçirilmir.

Yaqut Qarayeva şayiələrə aydınlıq gətirərək TƏBİB sədri Ramin Bayramlının iş başında olduğunu bildirib:

"Biz yeni layihə ilə bağlı Türkiyədən mütəxəssislər gətirmişik və Ramin Bayramlı da bu qrupda iştirak edir, xəstəxanaları ziyarət edərək, müalicə prosesinə nəzarət edir".

Prezidentin köməkçisi Hikmət Hacıyev əlavə edib ki, karantin rejiminin riyazi nəticələri qarşıdakı günlərdə özünü göstərəcəkdir:

"Xəstəliyin yoluxma tendensiyası insanların təması zamanı baş verir. Bu gün karantindən başqa maska, sosial məsafə və gigiyenadan başqa xəstəliklə mübarizə üsulu yoxdur.

Amma yenə də vətəndaşlarımız və dövlətimizlə həmrəy olub, arzu etdiyimiz nəticələri əldə etməliyik. Biz yeni norma və reallıqlara uyğunlaşmağı bacarmalıyıq"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ