SON DƏQİQƏ
» » Daha 178 Azərbaycanlı ölkəyə gətiriləcək - Bu dəfə Gürcüstandan

Daha 178 Azərbaycanlı ölkəyə gətiriləcək - Bu dəfə Gürcüstandan

Tarix:

22-06-2020, 09:22

/ 3 157 dəfə oxundu.
Daha 178 Azərbaycanlı ölkəyə gətiriləcək -  Bu dəfə Gürcüstandan

Sabah Gürcüstandan Azərbaycana növbəti dəfə Azərbaycan vətəndaşları yola salınır.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da Səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə aparılacaq.

Azərbaycana qayıdacaq 178 nəfər şəxs sabah COVİD-19 testi verəcək. Testlərin cavabı günün ikinci yarısında açıqlanacaq. Təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da Səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə çatdırlacaqlar.


скачать dle 12.1

Şərhlər