SON DƏQİQƏ
» » İcazəsi olmayan vətəndaşlar postlardan keçirilməyəcək - Kamran Əliyev

İcazəsi olmayan vətəndaşlar postlardan keçirilməyəcək - Kamran Əliyev

Tarix:

20-06-2020, 12:41

/ 4 129 dəfə oxundu.
İcazəsi olmayan vətəndaşlar postlardan keçirilməyəcək - Kamran Əliyev

8 inzibati ərazidə tətbiq olunacaq karantin rejimi ilə bağlı hərəkət məhudiyyətlərinə nəzarət DİN tərəfindən həyata keçiriləcək.

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, aprel ayında yaşadığımız təcrübəyə əsasən bu, vətəndaşlarımız üçün yenilik deyil:

"Artıq ikinci gündür ki, Bakı və Sumqayıt ərazisində yaşayanların rayonlara getməsinə cəhd olunub. İcazəsi olmayanlar postlardan geri qaytarılıb. Vətəndaşlardan xahiş edirik ki, karantin müddətini keçirmək üçün rayonlara üz tutmasınlar, icazəsi olmayan vətəndaşlar postlardan keçirilməyəcək".

K.Əliyev qeyd edib ki, gedənlər haqlı olduqlarını düşünürlərsə, sənədləri varsa, polis problem yaradırsa, bu zaman DİN-lə əlaqə saxlaya bilərlər:

"Polis əməkdaşları ilə mübahisə yaratmağa ehtiyac yoxdur. Əgər hərəkətinizə icazə verilməzsə, geri qaytarılacaqsınız".

O bildirib ki, belə halların qarşısını almaq üçün xüsusi texniki vasitələr quraşdırılıb:

"Əgər kimsə torpaq yolla postu keçməyə cəhd edibsə, onların dövlət qeydiyyat nişanı postda görülməyibsə, lakin digər getdikləri ərazilərdə görülübsə, inzibati məsuliyyətə cəlb olunacaqlar".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ