SON DƏQİQƏ
» » İsmayıllı, Kürdəmir, Salyan rayonlarında tətbiq edilən rejim onların kəndlərinə də aid edilir - RƏSMİ

İsmayıllı, Kürdəmir, Salyan rayonlarında tətbiq edilən rejim onların kəndlərinə də aid edilir - RƏSMİ

Tarix:

12-06-2020, 18:00

/ 3 528 dəfə oxundu.
İsmayıllı, Kürdəmir, Salyan rayonlarında tətbiq edilən rejim onların kəndlərinə də aid edilir - RƏSMİ

Həftəsonu ölkədə tətbiq olunan xüsusi sərt karantin rejiminə nəzarət DİN tərəfindən həyata keçiriləcək. 

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Operativ Qərargahın bu günükü brifinqdə deyib: "Karantin tətbiq olunan şəhər və rayonlarda karantin postları ilə yanaşı, mobil postlar da fəaliyyət göstərəcək. Vətəndaşlar bu günlərdə evlərini tərk etməlidirlər. Yalnız təcili tibbi yardıma zərurət olduğu halda və qohumu vəfat edən şəxslərin dəfn mərasiminə gedəcək insanlara bu günlərdə evini tərk etmək üçün icazə verilir. Bu halda mütləq vətəndaşlar DİN-in 102 çağrı mərkəzinə məlumat verib, icazə almalıdırlar".

O bildirib ki, digər rayonlarda yaşayan sakinlər sərt karantin rejimi tətbiq edilən rayonların inzibati ərazisindən rahatlıqla keçə bilər: "Lakin onlar sərt karantin rejimin tətbiq olunduğu ərazilərdə hansısa kənd, qəsəbəyə gedə bilməzlər. Bu karantin rejiminin pozulması kimi qiymətləndirilir".

Kamran Əliyev əlavə edib ki, Lənkran şəhərində sərt karantin rejimi şəhərin özündə tətbiq edilir: "Lakin İsmayıllı, Kürdəmir, Salyan rayonlarında tətbiq edilən rejim onların kəndlərinə də aid edilir. Lakin başqa ərazidən gələn avtomobillər İsmayıllıdan keçən zaman maksimum şəhər mərkəzinə yaxın küçələrindən keçəcəklər. Səyahət zamanı vətəndaşlardan sərt karantin rejimi tətbiq olunan ərazilərdə avtomobillərini saxlamamalarını xahiş edirik".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ