SON DƏQİQƏ
» » Ehtiyac olmadan SMS göndərənlər cəzalandırılacaq - RƏSMİ

Ehtiyac olmadan SMS göndərənlər cəzalandırılacaq - RƏSMİ

Tarix:

20-06-2020, 11:50

/ 3 657 dəfə oxundu.
Ehtiyac olmadan SMS göndərənlər cəzalandırılacaq - RƏSMİ

Vətəndaşlarımızdan xahiş edirik ki, qaydalara uyğun olmayan hallarda SMS xidmət sistemini məşğul etməyək.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Aprel ayında müşahidə etdik ki, 80 faiz hallarda uyğun olmayan məzmunla 8103 xidmətini məşğul edirdilər və ehtiyacı olan vətəndaşlara bu cavab gecikdirdi. Gündəlik 1 milyona yaxın müraciət olur və SMS maksimum 1 dəqiqə müddətində vətəndaşa göndərilir".

O bildirib ki, uyğun olmayan hallarda SMS göndərən vətəndaşlar üçün inzibati cəza tədbirləri görüləcək:

"Bu xidmətdən həm Azərbaycan Respublikası vətəndaşları, həm də əcnəbilər, vətəndaşlığı olmayan şəxslər istifadə edə biləcəklər. Bunun üçün şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və icazə kodunu daxil etmək kifayətdir".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ