SON DƏQİQƏ

BAKIDA YOLUXMA SAYI ƏN ÇOX OLAN RAYON HANSIDIR?

Tarix:

16-06-2020, 15:44

/ 4 224 dəfə oxundu.
BAKIDA YOLUXMA SAYI ƏN ÇOX OLAN RAYON HANSIDIR?

Paytaxt ərazisində koronavirusa yoluxanların 12,7 faizi Yasamal rayonunun payına düşür.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Yasamal rayonundan sonra ən çox yoluxma Bakının Xətai (12,2%), Binəqədi (12,1%), Sabunçu (12%) rayonları ərazisində qeydə alınıb.

Ümumilikdə, virusa yoluxmalar paytaxtın Nəsimi rayonunda 10,7%, Suraxanı rayonunda 9,6%, Nəriman Nərimanov rayonunda 8,8%, Nizami rayonunda 7,3%, Qaradağ rayonunda 6,6%, Xəzər 4,4, Səbail rayonunda 3,2% təşkil edib. Bakı üzrə ən az yoluxma isə 0,06%-lə Pirallahı qəsəbəsində qeydə alınıb.
Qeyd edək ki, ötən həftə koronavirusa yoluxmaya görə Sabunçu rayonu lider idi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ