SON DƏQİQƏ
» » Ermənistandakı qədim kəndlərimizin adları – Xəritə

Ermənistandakı qədim kəndlərimizin adları – Xəritə

Tarix:

11-06-2020, 22:08

/ 1 228 dəfə oxundu.
Ermənistandakı qədim kəndlərimizin adları – Xəritə

Azərbaycan Prezidenti xəritələrdə hazırki Ermənistan ərazisində yaşayış məntəqələrinin və toponimlərin əsl adlarının dərc olunması məsələsinə son vaxtlar dəfələrlə diqqət yetirib. Təəssüf ki, bu yaşayış məntəqələri son iki əsr ərzində tədricən dəyişikliklərə məruz qalıb. Lakin xoşbəxtlikdən xəritələr, sənədlər, folklor nümunələri, ədəbi əsərlər və sair dəlillər qalmaqdadır.
Bununla bağlı GunAz.az-a danışan "Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri, bu istiqamətdə xəritə tərtib edən İlqar Vəlizadə bildirib ki, onillərdir erməni mənbələri toponimlərimizi təhrif edərək, qondarma adlarla təqdim edir.
"İşğal olunmuş ərazilərdə də toponimlər dəyişdirilib və erməniləşdirilib. Gələcək nəsillər bilməlidirlər ki, Stepanavanlar və Stepanakertlər heç vaxt olmayıb. Stepan Şaumyanın adı onlara XX əsrdə verilib", - deyə müsahibimiz bildirib.
Vəlizadənin sözlərinə görə, Göyçə gölü keçən əsrin 30-40-cı illərinə qədər öz adı ilə adlandırılıb:
"Dəyişikliklərin miqyasına diqqət yetirmək üçün mən bu xəritəni tərtib etdim. Göründüyü kimi, indiki Ermənistanın bütün iri iqtisadi mərkəzlərinin adları azərbaycanlılara məxsusdur. Əcdadlarımız onların gələcək inkişafını və çiçəklənməsini təmin etmək üçün əlverişli marşrutlarda, münbit torpaqlarda qurmuşdu", - deyə politoloq vurğulayıb.
Sözügedən xəritəni təqdim edirik:
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ