
Azərbaycan Respublikası ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sərhədlər bağlanıb.
Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Operativ Qərargahın bu günükü brifinqində deyib:
"Bununla bağlı olaraq mart ayında çarter reysləri təşkil edilib. İran, Rusiyadan reyslər təşkil olunub. Naxçıvandan son uçuşlar isə 2 aprel tarixində baş tutub".
O bildirib ki, Azərbaycana uçuş yerinə yetirmək istəyən hər bir ölkə ilk olaraq müraciət edib, qərarlarla tanış olmalıdır: "1 iyul tarixinə qədər Beynəlxalq uçuşların təşkili qadağandır. Bu dövr ərzində hava nəqliyyatı ilə yükdaşımalara hem bir məhdudiyyət qoyulmayıb. Bunla yanaşı, Azərbaycan 10 dövlətə hava yolları ilə humanitar yardım göndərib. Yük daşımlarda 27 faiz artım müşahidə olunub"
O qeyd edib ki, çarter reysləri ilə 25 000-ə yaxın sərnişin daşınıb: "London, Romaya çarter reysləri təşkil olunub. Bu gün New-Yorkdan vətəndaşlarımız ölkəyə gətirilib.
Paralel olaraq beynəlxalq uçuşların bərpası planlaşdırılır. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə görülən tədbirlər bir sıra ölkələr tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir. Buna görə də uçuşları bərpa etmək istəyən ölkələr var. Xüsusilə Qazaxıstan, Özbəkistan ölkələri müraciət edib".
O bildirib ki, hələ ki, tələbələrə riayət etmək vacibdir: "Hava yolu ilə nəqliyyat daşınması beynəlxalq daşınmalardır. Buna görə də xarici hava limanlarının tələblərini öyrənirik. Bu baxımdan hazırlanan müvəqqəti qaydalar Azərbaycan Respublikasının hava limanında çalışan əməkdaşların və sərnişinlərin sağlamlığının qorunması məqsədini daşıyır".