
Azərbaycan Respublikasının Dövlət sərhədində giriş-çıxışa qoyulan məhdudiyyət 1 iyul tarixinə qədər uzadılır.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasına giriş-çıxışla bağlı məhdudiyyət çarter reysləri və yük daşımalar istisna olmaqla qüvvədədir. Eyni zamanda, həftədə 2 dəfə olmaqla Naxçıvandan Bakıya çarter reysləri təşkil olunacaq".
Qurum rəsmisi əlavə edib ki, xaricdən çarter reyslərinin qrafiki iyunun 10-dan 30 iyuna qədər hazırlanır.