SON DƏQİQƏ

ARB Tv-nin yayımı dayandırılıb

Tarix:

18-05-2020, 16:45

/ 2 956 dəfə oxundu.
ARB Tv-nin yayımı dayandırılıb

ARB TV-nin yayımı müvəqqəti dayandırılıb.

Bu gün saat 16:00-da "Elgizlə izlə” proqramından sonra kanalın yayımı kəsilib.

Yayım 17:00-da bərpa olunacaq.

Buna səbəb kimi, Milli Televiziya və Radio Şurasının qərarına əsasən 9 may 2020-ci il tarixdə ARB televiziya kanalının efirində yayımlanan "Bakıda küləklər əsir” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulması göstərilib. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq ARB televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ