SON DƏQİQƏ
» » Nadir Zeynalov: “Zamanında tətbiq edilən qabaqlayıcı tədbirlər Azərbaycanı digər ölkələrdən fərqləndirdi”

Nadir Zeynalov: “Zamanında tətbiq edilən qabaqlayıcı tədbirlər Azərbaycanı digər ölkələrdən fərqləndirdi”

Tarix:

15-05-2020, 23:48

/ 2 172 dəfə oxundu.
Nadir Zeynalov: “Zamanında tətbiq edilən qabaqlayıcı tədbirlər Azərbaycanı digər ölkələrdən fərqləndirdi”

"Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan modeli dünya miqyasında ən uğurlu modellərdən biridir”. 
GunAz.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov "İctimai TV” telekanalında yayımlanan "Diqqət mərkəzində” verilişində çıxışında deyib.  
Onun sözlərinə görə, buna səbəb ölkəmizdə vaxtında karantin tədbirlərinin tətbiq edilməsi olub: 
"Zamanında tətbiq edilən qabaqlayıcı tədbirlər, yoluxanların müayinə və müalicəsi, əhalinin maarifləndirilməsi, sosial-iqtisadi dəstək, dezinfeksiyaedici vasitələr və tibbi maskaların istehsalı, epidemik göstəricilərə nəzarət Azərbaycanı digər ölkələrdən fərqləndirdi. Bütün bunlar dünyada geniş maraq doğurmaqla yanaşı, Azərbaycan səhiyəsinin daxili və beynəlxalq imicinə müsbət təsir göstərib”. 
 
скачать dle 12.1

Şərhlər