SON DƏQİQƏ

Virusa yoluxan hansı rayonda daha çoxdur?

Tarix:

15-05-2020, 17:19

/ 1 961 dəfə oxundu.
Virusa yoluxan hansı rayonda daha çoxdur?

Hər həftə epidemolojik statistik göstəricilər aparılır və nazirlər kabinetinə bu statistika təqdim edilir.

Bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Ölkəmizdə Pandemiya ilə mübarizənin birinci mərhələsi 27 fevral tarixində ilk koronavirus faktının aşkarlanması ilə başladıldı. Bu günə qədər koronavirusla bağlı aparılan mübarizə tədbirləri ilə bağlı ictimaiyyət məlumatlandırılıb.

İlkin olaraq yumuşaldılma mərhələsi, məhdudiyyətləri aradan qaldırmağa 27 apreldən başladıq. Aparılan əks epidemik tədbirlər nəticəsində biz bu tədbirləri görməyə başladıq".

O bildirib ki, bir sıra bölgələrdə insanlar qaydalara məsuliyyətsiz yanaşır: "Yevlaxda son günlərdə 64 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Eyni zamanda Lənkəranın Boradi kəndində 16, Şiləvar kəndində 16, Şağlsel kəndində 31, Nirəvan kəndində 31 yoluxma faktı qeydə alınıb. Biz insanları qaydalara riayət etməyə çağırırıq"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ