SON DƏQİQƏ
» » Enerji içkilərinin yaratdığı fəsadlar-AÇIQLAMA

Enerji içkilərinin yaratdığı fəsadlar-AÇIQLAMA

Tarix:

14-05-2020, 08:46

/ 2 393 dəfə oxundu.
Enerji içkilərinin yaratdığı fəsadlar-AÇIQLAMA

Enerji içkilərinə tələbat hər il artmaqdadır. Sözügedən içkilərin zərərli tərəfləri haqqında təbliğatlar aparılsa da, istehlakçılar buna məhəl qoymurlar. Maraqlıdır, nəyə görə insanlarda bu içkilərə təlabat var? Enerji içkilərinin tərkibi nədən ibarətdir.

Azərbaycan Milli Kulinariya Assosiasiyası idarə heyətinin, Ukrayna Kulinarlar Birliyinin üzvü , Türkiyə Şef Aşcilar Dərnəyinin Azərbaycan təmsilçisi, beynəlxaq münsif, qida texnoloqu Ağa Salamov  açıqlamasında bildirib ki, xüsusilə taurin tərkibli enerji içkilərinə diqqət etmək lazımdır:

"İnsan bədəni hüceyrələrdən ibarətdir və insan bədəninin quruluşunun əmələ gəlməsində böyük rolu olan hüceyrələrin təməli də zülallardır. Hüceyrə sitoplazmasında həll olunan zülallar, böyüməmizdə, inkişaf etməyimizdə, əzələlərin quruluşunda , immun sisteminin gücləndirilməsində,yaraların tez sağalmasında və.s rolu vardır. Vücudumuz üçün bu qədər vacib olan zülalların da təməl daşı amin turşularıdır.

Vücudumuza daxil olan zülallar parçalanaraq amin turşusuna çevrilir və taurin də bu amin turşularından biridir.Taurinin əsas amin turşularından fərqi onun "şərti amin turşusu" olmasıdır. Əsas amin turşuları bədən tərəfindən istehsal oluna bilmədiyi üçün qida ilə alınmalıdır. Ancaq insan orqanizmi taurini istehsal edə bilər.İnsan bədənində də istehsal olunan bu amin turşusunu bəzi qida məhsulları vasitəsilə də almaq mümkündür. Elmi araşdırmalar taurinin fiziki və zehni fəaliyyətin yaxşılaşdırdığını göstərir.Taurin, beyində, sümüklərdə, ürək əzələlərində və qan hüceyrələrində də var.

İlk dəfə 1827-ci ildə Fridrix Tiedermann və Leopold Gmelin tərəfindən bir öküzün öd kisəsindən əldə edilmişdir. Bu səbəbdən də "Taurin” adı latınca "taurus” (öküz ) sözündən götürülüb".

Təbii taurin maddəsinin yumurta, ağartı məhsulları, qırmızı ət, dəniz məhsulları kimi qidalarda olduğunu bildirən Ağa Salamov enerji içkilərinə qatılan süni taurinin sağlamlıq üçün zərərli olduğunu deyib:

"Təssüflər olsun ki, taurini süni olaraq enerji içkilərinin istehsalında da geniş istifadə edirlər. Hər bir enerji içkisində 500 mq-dan tutmuş 1000 mq-dək taurin maddəsi olur ki, bu da yüksək doza sayıldığına görə, yuxu pozğunluğuna, əsəb gərginliyinə, ürək qan damar sistemi pozğunluğuna,ürək döyüntülərinin artmasına səbəb olur. Bu barədə xəbərdarlıq, enerji içkilərinin üzərində mütləq yazılmalıdır . Təəsüflər olsun ki, olduğum marketlərdə hansı enerji içkisinin tərkibinə baxdımsa, bu barədə bir enerji içkisindən başqa (Redbull) heç birinin üzərində xəbərdarlıq yazısına rast gəlmədim. Ona görə də enerji içkilərindən istifadə zamanı həkim mütəxəssislər ilə məsləhətləşmək vacibdir".

Fransa, Danimarka, və Norveçdə energetik içkilərin adi marketlərdə satışı qadağan olunduğunu qeyd edən ekspert, bu içkilərin yalnız apteklərdə satıldığını deyib: "Adı çəkilən ölkələrdə təzyiq və ürək xəstəlikləri olan insanlara bu içkilərin qəbulu qəti sürətdə qadağan olunur. Bizdə də AQTA-nın enerji içkilərinə dair sanitariya norma və qaydalarında göstərilir ki, enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır.Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur. Ancaq bu qadağalara nə market sahibləri, nədə sağlamlığını düşünməyən insanlar məhəl qoymur. Ümumiyyətlə enerji içkilərinin qadağan olunması və satışdan çıxarılması daha yaxşı olardı".

İlqar QURBAN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ