SON DƏQİQƏ
» » Ölkədə bu enerji içkilərinin satışı qadağan olunacaq

Ölkədə bu enerji içkilərinin satışı qadağan olunacaq

Tarix:

9-07-2019, 20:49

/ 1 948 dəfə oxundu.
Ölkədə bu enerji içkilərinin satışı qadağan olunacaq

Azərbaycanda enerji içkiləri ilə bağlı tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.

GunAz.az bildirir ki, bunu jurnalistlərə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, enerji içkilərinin Azərbaycanda tənzimlənməsi beynəlxalq standartlara əsasən həyata keçirilir.

"Qida Təhlükəsizliyi İnstitutunun nəzdində elmi texniki Şura fəaliyyətə başlayıb. Şuranın alimlərinin, yerli və beynəlxalq ekspertlərinin birgə rəyinə əsasən enerji içkilərinə dair tənzimləmə mexanizmi işlənib hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub”.

Sədr qeyd edib ki, hazırlanmış sənədə əsasən burada stimullaşdırıcı maddələrin adı qeyd edilib:

"Həmin stimullaşdırıcı maddələrdən iki və daha artığı əksini tapmış içkilər Azərbaycanda enerji içkisi hesab olunacaq. Eyni zamanda, sadəcə kofeinin miqdarı ilə tənzimlənən enerji içkiləri mövcuddur. Həmçinin tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil.

Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ