
Bakı metrosu texniki nasazlıq səbəbindən iki saat bağlı olub.
Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, metronun səhər saatlarında bağlı olması təsərrüfat qatarında yaranan problemlə bağlı olub:
"Bakı Metropoliteni”ndə gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb. Nasazlıq aradan qaldırıldıqdan sonra "Bakı Metropoliteni”nin xətləri təlimat tələblərinə uyğun olaraq təkrar yoxlanılıb. Artıq elektrik qatarları xəttə buraxılıb və stansiyalar sərnişinlərin girişinə açılıb”.