SON DƏQİQƏ

ARB hansı işçilərini cəzalandırdı

Tarix:

11-05-2020, 16:18

/ 2 042 dəfə oxundu.
ARB hansı işçilərini cəzalandırdı

Sosial şəbəkələrdə MTRŞ tərəfindən "Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə 6 saatlıq cəzalandırılan ARB kanalının bu müddətdə yayımlanmayan reklamların pulunu işçilərin əmək haqlarından kəsərək kompensasiya etməsi barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı  açıqlama verən ARB Media Qrupun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib ki, efirdə yaşanan problemə görə yalnız günahkar əməkdaşlar cəzalandırılıb.

"Bu, yalan söhbətdir. Belə bir şey ola bilməz. Əməkdaşlar sadəcə gördükləri işlərə görə məsuliyyət daşıyırlar. Heç bir əməkdaş reklam məsələsinə görə cəzalandırılmayıb. Cəzalandırılan əməkdaşlar yalnız məsuliyyət daşıyan işçilərdir”

скачать dle 12.1

Şərhlər