SON DƏQİQƏ
» » Mənsimovun həbsdən öncə verdiyi göstəriş yerinə yetirildi

Mənsimovun həbsdən öncə verdiyi göstəriş yerinə yetirildi

Tarix:

11-05-2020, 14:02

/ 2 019 dəfə oxundu.
Mənsimovun həbsdən öncə verdiyi göstəriş yerinə yetirildi

Ötən gecə Masallının Miyankü kəndinin yolu işıqla təmin olunub.

Bu barədə məlumatı Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yayıb.

O bildirib ki, bu yolun işıqlandırılması ücün tələb olunan vəsaitin ayrılması barədə göstərişi Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı milyarder, hazırda Türkiyədə cəzaçəkmə evində olan Mübariz Mənsimov azadlıqda olarkən vermişdi.

Miyankülülərin müraciətindən sonra maliyyə ayrılmış və işlərə başlanılmışdı.

Qeyd edək ki, M.Mənsimov Masallının Miyankü kəndindəndir.

скачать dle 12.1

Şərhlər