SON DƏQİQƏ
» » DTX-nın İmişli İH- də əməliyyatı- Başçı və daha kimlər həbs olunub?

DTX-nın İmişli İH- də əməliyyatı- Başçı və daha kimlər həbs olunub?

Tarix:

6-05-2020, 09:35

/ 2 047 dəfə oxundu.
DTX-nın İmişli İH- də əməliyyatı- Başçı və daha kimlər həbs olunub?

Mətbuatda Vilyam Hacıyevin adı qarışan böyük rüşvət, korrupsiya cinayətlərindən bəhs olunan çoxlu xəbərlər var; rayonun deputatı: "Vacib olan budur ki, belə qətiyyətli addımlara şahidlik edirik"

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. DTX-nın keçirdiyi əməliyyatda icra başçısı Vilyam Hacıyev və daha bir neçə şəxsin saxlanıldığı bildirilir. Yazı çapa hazırlanana qədər bu haqda rəsmi məlumat yayılmasa da, təkzib də olunmayıb. Bununla belə, ən müxtəlif mənbələrdən Vilyam Hacıyevin və İmişli Rayon İcra Hakimiyyətinin digər yetkililərinin həbsi xəbərləri var.

İcra başçısı postunda olan aviatorun sonu...

Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Göygöldə anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 14 aprel 2012-ci il tarixdən İmişlinin başçısı idi.


Vilyam Hacıyev o icra başçılarından idi ki, barəsində yazılanlara "yuxarıdan aşığı” baxmaqla kifayətlənirdi. Tövrünü pozmadan sərvət siyahısını genişləndirməklə məşğul idi. Mətbuatda Vilyam Hacıyevin adı qarışan böyük rüşvət, korrupsiya cinayətlərindən bəhs olunan xəbərlər çoxdur.

Dubaydan Qazaxıstana, Bakıdan Gəncəyə qədər uzandıqca uzanan var-dövlətin siyahısı

Onun mülklərinin coğrafiyası Dubay, Qazaxıstan, Bakı, digər paytaxtlarla yanaşı İmişli, Daşkəsən, Gəncə, Göygölə qədər uzanırdı. Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri olduğu da iddia olunurdu.


Vilyam Hacıyevə aid olduğu iddia edilən və bir neçə dəfə mediada yayılan mülkləri bir daha təqdim edirik:

- Bakıda, Həsən Əliyev küçəsində villa

- "Sahil” metrostansiyası üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil

- Nərimanov rayonu, S.Rəhman küç. ev 45 ünvanında mənzil

- Teymur Əliyev küç. "Milyonçular məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa

- İmişli rayonunda, H.Əliyev küç. ev 126 ünvanında mənzil

- Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil

- Dubayda biznesi

- Qazaxıstanda tikinti biznesi

- Az 10 PP 369 dövlət nömrə nişanlı "Bentli”

- Az 10 PP 369 nömrə nişanlı "Land Rover”

- Az 90 AA 369 dövlət nömrə nişanlı "Mercedes S Klass”

- Son model "Mercedes Gelandevagen”


Övladları korrupsiya ilə mübarizədə, ataları korrupsiya bataqlığının başında

Təbii ki, bu, Vilyam Hacıyevin sərvətinin tam siyahısı deyil. Mətbuata, sadəcə, bu hissə ilə bağlı məlumat sızıb. Maraqlıdır ki, Vilyam Hacıyev də digər icra başçıları kimi övladını korrupsiya ilə mübarizə sahəsində görüb. 


Məhəmməd Hacıyev

Unikal.org-un əldə etdiyi məlumata görə, onun oğlu Məhəmməd Hacıyev prokurorluq orqanlarında çalışır. Əvvəllər Qaradağ, Nərimanov rayon prokurorluqlarında çalışan Məhəmməd Hacıyevin hazırkı iş yeri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsidir.

Deputat başçının həbs xəbərini Milli Məclisdə eşidib

Vilyam Hacıyevin həbs xəbərini Milli Məclisin plenar iclasında eşidən deputat Razi Nurullayev "Yeni Müsavat”a deyib ki, Prezident qətiyyətli mövqe ortaya qoyub: "İlham Əliyev bildirib ki, rüşvətxorluq və korrupsiya olmaz, insanları incitmək olmaz. Hazırda İmişlidə nə baş verdiyindən xəbərsizəm. Məmurlara tövsiyəm odur ki, Prezidentin dediyi məsələləri diqqətə alsınlar”.

Razi Nurullayev bildirib ki, İmişli ilə yanaşı bütün rayonlarda problemlər var: "İmişlidə struktur layihələr yerinə yetirilib. Bir neçə kəndin yollarının çəkilməsi, bir neçə kəndin qazlaşdırılması qalıb. Mən yeni deputatam, rayonda bir çox məsələlərdən xəbərsizəm. Vətəndaşlar əsasən torpaq məsələləri ilə bağlı şikayət edirlər. Ən çox sosial məsələlərdən şikayət olunur”.

Razi Nurullayev başçının barəsində mətbuatda yazılan yazılarla tanış olsa da, icra başçısı ilə bu məsələləri müzakirə etmədiyini deyir: "Mən yeni deputatam. Mənə verilən suallar böyük suallardır. Mən də sizin kimi bu məsələləri sadəcə oxumuşdum”.

Razi Nurullayev icra başçılarının rüşvət və korrupsiyaya bulaşmaması üçün daha ciddi addımların atılmalı olduğunu düşünür: "Təbii ki, qanunçuluğun yerinə yetirilməsi üçün ciddi addımlar atılmalıdır və atılır. Vacib olan budur ki, belə qətiyyətli addımlara şahidlik edirik. Vəzifəli şəxslərə mesaj verirlər ki, xalqa xidmət etsinlər. Məsələ çox intensiv şəkildə gedir. Bir məsələ bitməmiş, o biri məsələ haqda xəbər yayılır. Dövlət Təhlükəsizlik Xidməti əvvəlki illərə münasibətdə tamamilə dəyişib. Reytinq səviyyəsi qalxıb. Bu gün qısa zaman ərzində reytinqləri 100 faizin üzərinə qalxıb”.

Xatırladaq ki, ötən ay Razi Nurullayev İmişlinin çeşidli problemlərindən dolayı baş nazirə məktub ünvanlamışdı.

Məktubda İmişlidə vətəndaşların yolu bağlamasından tutmuş rayonun küçələrinin zibilli, antisanitariya durumunda olmasından və digər ciddi problemlərdən bəhs olunurdu. Deputat problemlərin təxirəsalınmadan həllinə ehtiyac olmasını diqqətə çatdırır, İmişli şəhərində yaşayan 37 min vətəndaşın ciddi antisanitariya vəziyyətində yaşamaq məcburiyyətindən söz açırdı.


Yeni Müsavat

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ