SON DƏQİQƏ
» » Həbs edilən başçının biznesi: balıq vətəgəsi, sarımsaq...

Həbs edilən başçının biznesi: balıq vətəgəsi, sarımsaq...

Tarix:

29-04-2020, 18:42

/ 1 940 dəfə oxundu.
Həbs edilən başçının biznesi: balıq vətəgəsi, sarımsaq...

Biləsuvar rayonunun həbs edilən icra başçısı Mahir Quliyevin biznes şəbəkəsi üzə çıxıb.

İcra başçısı başqa-başqa şəxslərə aid olan minlərlə hektar torpağı öz şəxsi maraqları üçün istifadə edib. Bu ərazilərdə taxıl, qarpız və sarımsaq əkdirib. Onunla yanaşı, müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər.

Bundan başqa, iddia edilir ki, M.Quliyev əkinə yararlı torpaqları yaxın ətrafındakı insanlara və dostlarına hədiyyə edib.

O da iddia edilir ki, yerli sahibkarlar davamlı olaraq başçının təzyiqi ilə üzləşiblər. Rayonda azacıq da olsa, inkişaf perspektivlərinə malik hər hansı biznes növü dərhal başçı və ya onun yaxınları tərəfindən nəzarətə götürülüb. Həmçinin yerli iş adamları məcburi şəkildə rayonda aparılan abadlıq işlərinə cəlb edilib. Onları məcbur ediblər ki, hərəsi bir ərazini öz hesabına abadlaşdırsın. İmtina edənlər isə müxtəlif təziqlərlə üzləşdikləri üçün obyektlərini bağlayıb rayonu tərk etməyə məcbur olublar.

Bir iddia da rayonda dövlət tərəfindən ayrılan sosial yardımların yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılması ilə bağlıdır. Bildirilir ki, yardımlar rayon rəhbərliyi arasında bölüşdürülürmüş.

Məlumatlarda qeyd olunur ki, rayonun Xırmandalı kəndinin Mahmudcala və Cərcili deyilən ərazilərində qeyri-leqal yollarla çoxlu sayda süni balıq gölləri yaradılıb. 500 ha-dan çox ərazini əhatə edən bu qanunsuz göllərin sahiblərinin əsas şəriki isə icra başçısı Mahir Quliyev olub.

Nəticədə isə süni gölməçələr ətrafda şoranlaşma yaranıb, əkinə yararlı ərazilər yararsız hala düşüb. Həmçinin süni gölməçələrin davamlı olaraq su ilə təmin olunmasına ehtiyac olduğuna görə, yay aylarında rayonda ciddi su qıtlığı yaranıb. Beləcə, başçının balıq biznesi ucbatından sakinlərin əkin sahələri susuz qalıb.

Su qıtlığının yaranmasının digər səbəbi isə 1500 hektar əkin və otlaq sahələrinə gedən birinci "vetka” su kanalının ləğv edilməsi ilə bağlıdır. İddiaya görə, ləğv edilən kanalın ərazisindəki torpaq sahəsi yerli məmurların mülkiyyətinə cevrilib

скачать dle 12.1

Şərhlər