SON DƏQİQƏ
» » Bakıda ağacların dibini betonlayan şirkət cəzalandırıldı

Bakıda ağacların dibini betonlayan şirkət cəzalandırıldı

Tarix:

29-04-2020, 18:14

/ 2 170 dəfə oxundu.
Bakıda ağacların dibini betonlayan şirkət cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.

Bunu jurnalistlərə Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "Sabah Residens” MTK tərəfindən 16 müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib: 

 

"Faktla bağlı akt tərtib olunub və  "Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib. 

Ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya Nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib”.


скачать dle 12.1

Şərhlər