SON DƏQİQƏ
» » Sahibkarlar üçün son müraciət tarixi... – Açıqlama

Sahibkarlar üçün son müraciət tarixi... – Açıqlama

Tarix:

29-04-2020, 14:49

/ 2 076 dəfə oxundu.
Sahibkarlar üçün son müraciət tarixi... – Açıqlama

Karantin dönəmilə əlaqədar sahibkarlara verilən dövlət dəstəyi üçün müraciətlər davam edir və hələlik heç bir məhdudiyyət yoxdur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədov karantin dönəmində sahibkarlara dövlət dəstəyinin verilməsi ilə bağlı son müraciət tarixi barədə danışarkən deyib.

Hələlik son müraciət tarixinin elan olunmadığını bildirən qurum rəsmisi müraciətlərin statistikası barədə nazirliyin saytında mütəmadi olaraq məlumat paylaşıldığını vurğulayıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi karantinə görə 190 manat sosial yardım almaq üçün müraciətlərin qəbulunun artıq dünəndən dayandırıldığını, hazırda müracitlərin araşdırıldığını bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ