SON DƏQİQƏ
» » Yunus Oğuz əsərdə müasir Azərbaycanın " Mixaylosu" nu yaratmağı bacarıb- Bəhruz Quliyev

Yunus Oğuz əsərdə müasir Azərbaycanın " Mixaylosu" nu yaratmağı bacarıb- Bəhruz Quliyev

Tarix:

28-04-2020, 17:52

/ 2 203 dəfə oxundu.
Yunus Oğuz əsərdə müasir Azərbaycanın " Mixaylosu" nu yaratmağı bacarıb- Bəhruz Quliyev

"Yazıçı, publisist, "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuzun "Ovçu" romanı  digərləri ilə müqayisədə özünün spesifikliyi ilə seçilir.  

Çünki əsərdə Azərbaycan  Milli Qəhrəmanı Murad Mirzəyevin taleyi sənədlər əsasında bədii publisitikdildə əks olunub". Bu fikirləri Olaylar.az- açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, Milli Qəhrəman, şəhid, torpağı uğrunda canını verən şəxslər haqqında yazılan hər bir əsər Azərbaycan xalqının qəhrəmanlığını nümayiş etdirən, gələcək nəsillərə ötürən bir amildir. 

Əsərin 2016-cı ilin Aprel döyüşlərinə həsr olunduğu və 2018-ci ildə nəşr edildiyini  deyən baş redaktor söyləyib ki,  kitabda bir neçə tarixi dönəmin müqayisəsi tarixi faktlarla göstərilib: "Yunus Oğuz əsərdə  müasir Azərbaycanın "Mixaylosu"nu yaratmağı bacarıb. Burada Azərbaycan kəşfiyyatçısının  bacarığını və öz torpağı uğrunda nələrə qadir olacağını ortaya qoya bilib. Əsərdə baş verən hadisələrin dəqiq göstərilməsi yazıçının tarixi faktları dəqiq bilməsini əks etdirir".

B. Quliyev qeyd edib ki, "Ovçu" əsərində Murad Mirzəyevin qəhrəmanlığı ilə yanaşı, şəxsi həyatı da maraqlı şəkildə ifadə olunub: " Əsərdə Murad Mirzəyevin həyat yoldaşı, eləcə də qızı ilə dialoqu əsil vətənpərvər ailə modelinin göstəricisidir.  Bununla yanaşı Murad Mirzəyevin əsil Azərbaycan kişisinə xas olan xüsusiyyətləri də əsərdə öz əksini tapıb ".

 

Ekspert qeyd edib ki, "Ovçu" əsərinin Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2020-ci il üçün təqdim olunan işlərin siyahısına salınması digər yazıçı və şairlərimizə  belə əsərlər yaratmaq üçün stimul verə bilər. 

скачать dle 12.1

Şərhlər