
"Olaylar”ın verdiyi məlumata görə, bu günlərdə
yazıçı-publisist-dramaturq, tarixi romanlar müəllifi Yunus Oğuz aprel döyüşlərində
şəhid olmuş Milli Qəhrəman Murad Mirzəyevə həsr etdiyi "Ovçu” adlı romanını
bitirib.
Yazıçı romanda tarixə sədaqətini saxlayıb, ermənilərin yüz illərlə bizə
qarşı apardığı torpaq davasını da müfəssəl təsvir edib. Əsərdə Murad Mirzəyevlə
yanaşı, onun ailəsi, şəhid yoldaşları, komandiri, müdafiə naziri və
başqalarının, hətta erməni generalları və zabitlərinin də obrazları yaradılıb.
Romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur.
GUNAZ.az