SON DƏQİQƏ

Karantinə görə tutulanlarla görüş keçirilib

Tarix:

28-04-2020, 13:55

/ 1 825 dəfə oxundu.
Karantinə görə tutulanlarla görüş keçirilib

İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib.

Karantin qaydalarını pozan, avtoxuliqanlıq hərəkətləri edən bu şəxslərin hər birinə 15 sutkadan 1 aya qədər müddətdə inzibati həbs cəzaları verilib. Saxlanılma Məntəqəsində keçirilən görüşdə avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, mövcud karantin qaydalarını pozan şəxslərin hər biri ilə fərdi profilaktik söhətlər aparılıb.

 

Görüşdə törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşman olduqlarını bildirərək, digər sürücülərə yollarda daha həssas və diqqətli olmağı, karantin qaydalarıa əməl etməyi tövsiyə ediblər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ