SON DƏQİQƏ

Belələri mütləq VAR...

Tarix:

24-04-2020, 09:54

/ 1 480 dəfə oxundu.
Belələri mütləq VAR...

 (Təbəssüm)

Qış...Kənd.."Evdə qal!" karantin qadağası...Baba ilə nənə soyuqdan giriblər yorğanın altına.Birdən nənə deyir:
-A kişi,bizə heç kimdən nicat yoxdu.Gəl allaha bir məktub yazaq.Qoy bir az pul göndərsin,odun alaq.Yoxsa bu qışı çıxara bilməyəcəyik...
...Elə də edirlər.Baba oturub yazır.Razılığa gəlirlər ki,allahdan çox yox, 100 manat istəsinlər.Məktub hazır olur.Sonda ünvanlarını da yazıb,imzalarını atıb qoyurlar bir zərfə.Zərfi də bağlayırlar bir şara,buraxırlar göyə...
...Şar gəlib düşür kəndin girəcəyindəki karantin postuna.Burda növbətçilik edən iki polis məktubu açıb oxuyur,çox müyəssər olurlar.Qərara alırlar ki,babayla nənəyə özləri kömək etsinlər.Əllərini salırlar ciblərinə,nələri var qoyurlar ortaya,70 manat düzəlir.Biri qalır postda,o birisi gəlir məktubda göstərilən ünvana.Ədəb-ərkanla pulu verir ev sahiblərinə və deyir:
-Allah ərizənizə baxdı və bunu göndərdi...
...Səhərisi gün yenə bir şar uçub gəlir düşür posta.Polislər şara bağlanmış məktubu açırlar.Baba ilə nənə yenə allaha məktub yazıblar:
-Pul üçün çox sağ ol! Amma bundan sonra pulu polislə göndərmə.O, göndərdiyin 100 manatın 30-nun arxasına keçib.

                                                       *     *     *

...Fatmanisə arvad deputatın göndərdiyi hədiyyə karobkasını açır.Bəh,bəh!!! Burda nələr yoxdu?:
Qara kürü,qırmızı kürü,bahalı konservlər,kolbasalar,nərə balığının qurusu,holland pendiri,fransız konyakı,Meksika tekilası...arvadın indiyədək görmədiyi şokalatlar,və sairə,və ilaxirə...
...Elə bu dəmdə də deputatın arvadı ərinin gətirdiyi karobkanı açır,dəhşətə gəlir,karobkada nələr yoxdu?: üç paçka vermeşil,beş paçka makaron,tualet kağızı,salfetkalar,diş pastası,diş şotkası,duz paçkaları ,qreçka və daha heç nə...
...HƏR ADAMIN SƏHV ETMƏYƏ HAQQI VAR!
                                                                            

                                                      *     *     * 

 
Dəlixana.Həkim:
-İndi növbəti şok terapiya seansı keçirəcəyik...
Həkim televizoru işə salır.Az.TV növbəti dəfə qiymətlərin qalxdığını elan edir.Bütün xəstələr susur.Birdən onlardan biri yerindən sıçrayır,oxuya-oxuya oynamağa baçlayır,arada da qışqırır:
-Urraa!!! Nə yaxşı ki,mən burdayam.Mənim nə vecimə ki,qiymətlər qalxır...Hökümət sağ olsun! Yeməyimi,içməyimi verəcək...
Həkim ona baxır,tibb bacısına göstəriş verir:
-Bunun xəstəxanadan çıxmasını sənədləşdirin.Artıq o sağalıb.
                                                                               

                                                      *     *     * 

 
Turizm agentliyinə zəng;
-Alo,turagentdir?
-Bəli!
-Misirə putyovka satırsınız?
-Bəli!
-Xahiş edirəm,ordakı kurortların adları sadalayın.
-Şarm-əl-şeyx,Xurqada,Taba,Nüveyba..
-Dayanın,bizə Nüveyba lazım idi...
-Çox yaxçı.Nə vaxt uçmaq istəyirsiniz?
-Nə uçmaq? Biz burda krossvord həll edirik..

 Oktay Tahirli


скачать dle 12.1

Şərhlər