SON DƏQİQƏ

Yunus OĞUZdan ibrətamiz MƏSƏL

Tarix:

15-04-2020, 15:23

/ 2 752 dəfə oxundu.
Yunus OĞUZdan ibrətamiz MƏSƏL

 Yunus OĞUZ
Bu günlərdə sayın professor Əjdər Tağıoğlu çox gözəl bir təəşəbbüslə dini liderimiz sayın Allahşükür Paşazadəyə və dini komitənin sədri,sayın Mübariz Qurbanova müraciət etmişdi ki,əgər bu il Həəc ziyarəti olacaqsa(artıq məlumdur olmayacaq) ,o müqəddəs yeri ziyarət etmək istəyənlər ziyarətə xərcləmək istədikləri pulu kasıblara ehsan kimi dağıtsınlar.
Çox gözəl fikirdir,niyə də yox? Hörməli Mübariz müəllim də buna çox gözəl cavab yazdı ki,əgər həcc ziyarəçilərinin bu könlündən keçirsə ,bu çox xeyirxah əməldir. Amma bəziləri Roma papasından artıq katolik olmaq istəyir, məsələnin mahiyyətinə varmadan fikir bildirirlər. Və cəmiyyəti dindarlara və dindar olmayanlara bölürlər. Olmaz belə!
 Cənab prezidentimiz demişkən "gücümüz birlikdədir" Sonda bir məsəl:
 "Bir məşhur oğru tövbə edir və karvanla həccə yola düşür. Karvan yolda bir kəndin qırağında gecələyir. Bu oğru eşidir ki, kəndin qırağındakı evdən ağlaşma səsi gəlir. Durub səs gələn tərəfə gedir. Bacadan dul qadının uşaqları sakitləşdirmək üçün dediyi sözləri eşidir: ağlamayın, indi yemək hazır olacaq, siz də doyunca yemək yeyəcəksiniz. Oğru baxır ki, qadın qazanda daş bişirir. Gedib hardansa bir qoyun tapır, gətirib qadına təhvil verir və deyir ki, uşaqlara görə onunla evləməyə hazırdır. Sonra gedib karvanbaşına deyir ki, siz gedin,mən gedəsi olmadım. Nə isə karvandakılar ziyarətə gedir, geri qayıdanda yenə həmin kənddə gecələməli olurlar. Karvanbaşı gedir oğrugilə, qapı açılan kimi deyir ki,Allah ziyarətini qəbul etsin. Oğru deyir ki,hörməli şəxs sən bilirsən ki, bu ac cocuqlara görə ziyarətdən imtina etdim. Karvanbaşı deyir ki,and olsun Allaha mən sənin Kəbənin başına neçə fırlandığını gördüm. Düşünürəm əlavə nəsə yazmağa ehtiyac yoxdur....."
скачать dle 12.1

Şərhlər