SON DƏQİQƏ

Milli Məclisin növbəti iclası başladı

Tarix:

17-04-2020, 11:48

/ 1 971 dəfə oxundu.
Milli Məclisin növbəti iclası başladı

Milli Məclisin növbəti iclası başlayıb.
İclasa Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edir.
Spiker çıxış edərək 2020-ci ilin I rübünün yekunlarına dair Prezidentin müşavirə keçirməsi haqqında danışıb:
"Koronavirus dövründə atılan addımlar iqtisadi sosial inkişafa öz töhfəsini verəcək. Dövlət başçısı islahatların aparılmasına da toxundu və bu prosesin davam edəcəyini bildirdi. Prezidentin siyasi inkişaf xəttinə Milli Məclis də öz töhfəsini verəcək”.
Spiket bildirib ki, Prezident Avropa Şurasının Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin keçirdiyi qondarma seçkilərə münasibət bildirməməsini haqlı olaraq pisləyib:
"Bilirsiz ki, mən 10 il Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam. Şahidi olmuşam ki, orada olan bir sıra qüvvələr ermənilərdən də daha çox Ermənistanı müdafiə ediblər. Milli Məclis olaraq biz də Avropa Şurasına etiraz məktubu göndərmişdik”.
скачать dle 12.1

Şərhlər