SON DƏQİQƏ
» » Karantini pozanlar cərimə ödəməsə cəzası nə olacaq?

Karantini pozanlar cərimə ödəməsə cəzası nə olacaq?

Tarix:

16-04-2020, 09:08

/ 1 924 dəfə oxundu.
Karantini pozanlar cərimə ödəməsə cəzası nə olacaq?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov karantin rejimi qaydalarını pozan şəxslərin məhkəməyə müraciət etməsi üçün 10 gün vaxt verildiyini və müvafiq qərara uyğun olaraq 30 gün müddətində ödənişdən yenə imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacağı, avtomobilinin cərimə meydançasında saxlanılacağı barədə xəbərdarlıq edib.
Bu xəbərdarlıqdan sonra isə bir çox ekspertlər bildirirlər ki, bəzi vətəndaşların adlarına avtomobil yoxdur, ölkədən də çıxmırlar, ona görə də tətbiq edilən cəzalar kifayət etməyəcək.
Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Səməd Vəkilov deyib ki, karantin qaydalarını pozduğu üçün cərimə olunan vətəndaşlar xəbərdarlıqdan sonra da cəriməni ödəmədikdə inzibati qaydada həbs oluna bilərlər.
"Düzdür, ödənişdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulması, avtomobilinin cərimə meydançasında qalacağı ilə bağlı qanunvericiliyin tələblərini hazırda praktik olaraq həyata keçirmək çətin olacaq. Çünki bəzi şəxslərin heç avtomobilləri, əmlakları da öz adlarına deyil. Belə olan təqdirdə cəriməni ödəmək üçün verilən vaxta qədər ödəniş edilməsə, onlar barəsində inzibati həbs qərarı verilə bilər. Bundan başqa, qeyd edildiyi kimi, barəsində tətbiq edilən protokoldan narazı qalan vətəndaşlar məhkəməyə müraciət edə bilər. Sonda isə məhkəmənin qəbul etdiyi qərarlar prosedura uyğun icra edilməlidir”.

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ