SON DƏQİQƏ

Korona təsiri: Bakıda mənzillər ucuzlaşdı

Tarix:

13-04-2020, 21:04

/ 1 157 dəfə oxundu.
Korona təsiri: Bakıda mənzillər ucuzlaşdı

Koronavirus pandemiyası Bakıda mənzillərin qiymətinin ucuzlaşmasına səbəb olub.
GunAz.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ay ərzində həm təkrar, həm də ilkin mənzil bazarında ucuzlaşma qeydə alınıb.
N.İbrahimov bildirib ki, mart ayı ərzində təkrar mənzil bazarında 1.27 faiz, ilkin mənzil bazarında 0.52 faiz, ümumilikdə daşınmaz əmlak bazarında 2.6 faiz azalma olub.
Ekspert vurğulayıb ki, pandemiya səbəbindən daşınmaz əmlak bazarında alğı-satqı dayanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ