SON DƏQİQƏ
» » Bakı taksilərində yenilik - Arakəsmələr quraşdırılır

Bakı taksilərində yenilik - Arakəsmələr quraşdırılır

Tarix:

11-04-2020, 13:51

/ 2 067 dəfə oxundu.
Bakı taksilərində yenilik - Arakəsmələr quraşdırılır

Koronavirus (COVİD-19) xəstələyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu çərçivədə, Agentlik taksi minik avtomobillərində sürücü və sərnişinlər arasında yoluxma riskinin azaldılması üçün arxa oturacaqlar arasında arakəsmələrin quraşdırılmasını tövsiyə edir.
Artıq "Bolt” şirkəti tövsiyələri nəzərə alaraq taksi avtomobillərində müvafiq arakəsmələr quraşdırır. Bununla yanaşı, avtomobilin ön qapısına sərnişinlərə arxa qapıdan minməyi bildirən tövsiyə xarakterli bildirişlər vurulub.
"Hazırkı epidemik vəziyyətdə bunun vacibliyini nəzərə alaraq, taksi fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edirik", - deyə qurum bəyan edib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarxili qərarına əsasən Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə cavab verməlidir
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ