Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI
Tarix:
28-03-2020, 11:31
/ 2 242 dəfə oxundu.
Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, "BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.
"Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik. Hörmətli sərnişinlər, yalnız zərurət olduğu halda ictimai nəqliyyatdan istifadə edin”.