SON DƏQİQƏ
» » Küçəyə çıxanlar görün hansı bəhanələri gətirirlər? – İNANILMAZ

Küçəyə çıxanlar görün hansı bəhanələri gətirirlər? – İNANILMAZ

Tarix:

2-04-2020, 14:45

/ 2 161 dəfə oxundu.
Küçəyə çıxanlar görün hansı bəhanələri gətirirlər? – İNANILMAZ

Küçəyə ehtiyac olmadığı halda avtomobillə və ya piyada çıxmaq qadağan edilsə də, hələ də bu qadağaya əhəmiyyət verməyənlər var.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Xəzər TV-nin efirində danışıb. K.Əliyev qeyd edib ki, küçəyə çıxanların əksəriyyəti polisə müəyyən bəhanələr gətirirlər:

"Ən çox gətirilən bəhanə aptekə dərman almağa getməklə bağlıdır. Bəhanə edirlər ki, yaxınlıqlarındakı apteklərdə axtardıqları dərman preparatları yoxdur. Həmçinin bu evindən o biri evinə getdiyini deyənlər də var. Maşınında 4-5 sərnişinlə gəzən sürücülərin də əsas bəhanəsi həkimlə bağlıdır. Xəstəxanada xəstəsi olduğunu bildirirlər. Ancaq izah etmək mümkün olmur ki, infeksiyanın yayıldığı vaxtda xəstəxanaya bir xəstəyə bu qədər adamın yoluxmağa getməsi doğru deyil”.

K.Əliyevin sözlərinə görə, sürücülərin gətirdiyi digər bəhanə xəsətəxanada çalışan yoldaşını, anasını və ya qızını işə aparmasıdır:

"Ancaq bunu sübut edəcək sənədləri olmur”.

Qeyd edək ki, Operqərargahın bu gün keçirilən konfransında küçəyə çıxmaqla bağlı sənədlərin təqdim edilməsi qaydaları izah edilib. Belə ki, küçəyə çıxanın üstündə mütləq kimliyi və işlədiyi yerin vəsiqəsi olmalıdır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ