SON DƏQİQƏ
» » Azərbaycanda məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı - RƏSMİ

Azərbaycanda məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı - RƏSMİ

Tarix:

6-03-2020, 11:36

/ 1 424 dəfə oxundu.
Azərbaycanda məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı - RƏSMİ

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.

 

Bunu GunAz.az -a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

 

O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: “Bununla əlaqədar olaraq Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb”.

 

Azərbaycanda koronavirus infeksiyasına yoluxan şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

 

 

скачать dle 12.1

Şərhlər